Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, müəssisənin ərazisindəki bir sıra obyektlər, o cümlədən kompleks neft emalı qurğusu, üç RVS-10000 və bir RVS-30000 çəni vurulub.
"Müəssisə neft emalını qeyri-müəyyən müddətə dayandırıb", - məlumatda qeyd olunub.
Bundan əlavə, iyunun 18-də və 19-na keçən gecə Ukrayna qüvvələri müvəqqəti işğal olunmuş Krımın Rozdolnoye və Vladislavovka rayonlarındakı dəmir yolu körpülərinə də zərbələr endirib.
Ordu.az