Ordu.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının açıqlamasında məlumat verilib.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi bildirmişdi ki, Ruben Hakopyanın informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin təşviqinə yönəlmiş bəyanatlar səsləndirməsinə dair faktlar əldə olunub.
Məlumata görə, bu iddialar aparılmış ekspertiza nəticələri ilə də təsdiqlənib.
Məhkəmə təqdim olunan materialları nəzərdən keçirdikdən sonra Hakopyan barəsində ölkədən çıxışın məhdudlaşdırılması və inzibati nəzarət tədbirinin tətbiq olunması barədə qərar qəbul edib.
Alpər Mövludoğlu
Ordu.az