Makron: “Fransa KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsində Rusiya və Çinə güvənir”

2017/11/23946736234534_1512024339.jpg
Oxunub: 383     14:43     30 Noyabr 2017    
“Fransa Pxenyanın keçirdiyi raket-nüvə sınaqlarına görə BMT Təhlükəsizlik Şurasının KXDR-ə münasibətdə ən qısa zamanda sanskiyaları sərtləşdirməsi mövqeyindən çıxış edir və Paris bu məsələdə Moskva və Pekinun dəstəyinə güvənir”.

Ordu.az “France 24” telekanalına istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron kanala müsahibəsi zamanı bildirib.

“Təbii ki, mən ən qətiyyətli şəkildə çərşəbə axşamı həyata keçirilən növbəti raket atışını mühakimə edirəm. İndi bizə sanksiyaları sərtləşdirmək lazımdır və mən xüsusən Rusiya və Çinin dəstəyinə güvənirəm. Bu, bizə KXDR-ə qarşı ən qəliz və ən effektiv sanksiyaları qəbul etməkdə yardımçı olacaq”, - deyə Makron qeyd edib.

Fransa prezidenti vurğulayıb ki, Rusiya və Çin Pxenyanı danışıqlar masasına əyləşdirmək üçün yetərincə böyük təsir gücünə malik qüdrətli dövlətlərdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   KXDR  


Bizi "telegram"da izləyin