Yaponiya: KXDR-in raket atışından insanlar zərər görməyib

2017/11/599c8ead1835617f118b4567534534_1512022871.jpg
Oxunub: 420     14:19     30 Noyabr 2017    
“Noyabrın 29-da KXDR-in növbəti raket sınağından sonra Yapon dənizindəki balıqçılar yalnız bəxt sayəsində xəsarət almayıblar”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Bessyo Təhlükəsizlik Şurasının KXDR-in növbəti raket atışına həsr etdiyi fövqəladə iclasda bəyan edib.

Onun sözlərinə görə, raket atışından dərhal sonra Yaponiya hökuməti dənizdəki bütün balıqçı gəmilərinin təhlükəsizliyini yoxlayıb.

“Bəxtimiz gətirdi ki, insanlar zərər görmədi. Lakin bu KXDR-in davranışlarının məsuliyyətsiz olduğunu və böyük təhlükə törətdikləri faktını dəyişdirmir”.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KXDR  


Bizi "telegram"da izləyin