Ordu.az xarici KİV-lərə ishtinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Missuri ştatının Sent-Luis şəhərində ölkədə vergilərin aşağı salınmasına dair qanun layihəsi barədə danışarkən bəyan edib.
Qeyd edək ki, Trampın çıxışı Ağ Evin saytı vasitəsilə canlı yayımlanırdı.
ABŞ prezidenti respublikaçıların vergi planının “ölkə iqtisadiyyatının yüksəlişinə səbəb olacaq raket yanacağı”na çevrilməsindən bəhs edərkən kiçik bir fasilə edərək deyib: “Hmm, kiçik raketmen!”
Bir neçə cümlədən sonra isə Tramp növbəti fasilədə “O, dəlidir!” ifadəsini istifadə etməkdən çəkinməyib.
Çıxış çərçivəsində Tramp qeyd edib ki, əgər Pxenyan ABŞ və ya müttəfiqlərinə raket, yaxud başqa zərbə endirsə “alov və qəzəbini” KXDR-ün üzərinə tökəcək.
Ağalar Qəribov
Ordu.az