Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik üzrə komitənin rəhbəri, Rusiya Aerokosmik Qüvvələrinin keçmiş rəhbəri Viktor Bondaryev bəyan edib.
Yay aylarında Rusiya Müdafiə Nazirliyi əl-Bağdadinin mayın 28-də Rəqqa şəhəri yaxınlığında Rusiya Aerokosmik Qüvvələrinin zərbələrindən sonra məhv edilməsinin mümkünlüyü barədə məlumat yayıb.
“Onun geri dönməsi barədə məlumat təsdiqini tapmayıb. Əl-Bağdadinin sağ olması barədə məlumatı böyük ehtimalla İŞİD terrorçularının özləri döyüş ruhu qaldırmaq üçün uydurublar. Düşünürəm ki, bizim pilotlar yayınmayıblar”, - deyə Bondaryev bildirib.
Ağalar Qəribov
Ordu.az