Suriya ordusu Darya vilayətində İŞİD-in mövqelərinə hücum edib

2017/11/orig-15119493812fd7de0ca52311af32577c7b77382d5e4564_1511960170.jpeg
Oxunub: 467     20:54     29 Noyabr 2017    
Suriya ordusu İŞİD-in əlində olan Darya şəhərində nəzarəti ələ keçirməyə çalışır.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Al Masdar” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, Darya əyalətində nəzarət uğrunda Suriya ordusu ilə İŞİD-in mübarizəsi davam edir.

Suriya Quru Qoşunları vilayətin cənub-qərbində yerləşən Tasil yaşayış məntəqəsinə hücumlar həyata keçirilər.

Qeyd edilir ki, Suriya ordusu Darya şəhərinin girişində 4 nəzarət məntəqəsini ələ keçirib, lakin terrorçular şəhərin müdafiəsini yaxşı təşkil etdiklərindən hələ ki əraziyə daxil olmaq mümkün olmayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   SQQ  


Bizi "telegram"da izləyin