Nalbandyan Moskvada həmsədrlərlə görüşüb

2017/11/tigran345345435_1510663173.jpg
Oxunub: 413     20:37     14 Noyabr 2017    
Ermənistanın xarici işlər naziri Moksvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Moskvada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şoferlə görüş keçirib.

Görüşdə, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Andrej Kaspşik də iştirak edib.

Görüş zamanı, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyana, Sankt Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi müzakirə edilib.

Danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşə də toxunulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Nalbandyan  


Bizi "telegram"da izləyin