Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Respublikaçı deputat Hayk Babuxanyan "Hərbi xidmət və hərbçilərin statusu haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədar olaraq çıxış edərkən bildirib.
O, Sarkisyan rejiminin yarıtmaz siyasətinə qarşı çıxan tələbələrin əslində Soros tərəfindən məaliyyələşdirilməsi ilə bağlı gülünc bəyanat səsləndirib. Babuxanyan, etirazlarla bağlı "Soros fondu"nun adını hallandırarkən, etirazların guya daxili ictimai narazılığın deyil, xarici qüvvələrin işi olduğunu göstərməyə cəhd edib.
Qeyd edək ki, artıq müasir erməni gəncliyi Qarabağın tarixi Azərbaycan torpağı olduğunu yaxşı dərk edir. Bu baxımdan möhlət hüququnun ləğv edilməsi barədə irəli sürülən düzəlişlər və təkliflərlə bağlı heç bir məsələ qəbul edilmir.
Alpər Mövludoğlu
Ordu.az