Tramp “Hizbullah” ilə “kiçik söhbət” aparmağın vacibliyini bildirib

2026/01/1769008045.jpg
Oxunub: 213     23:10     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Livan məsələsi ilə məşğul olması və “Hizbullah” hərəkatı ilə “kiçik söhbət” aparması lazımdır.

Ordu.az xəbər verir ki, bu barədə Tramp G7 sammiti çərçivəsində Fransanın Evian-le-Ben şəhərində Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra jurnalistlərə açıqlamasında danışıb.

“Biz Livan məsələsi ilə məşğul olub-olmayacağımızı görmək istəyirik. Elə bil ki, bu məsələ heç vaxt bitmir. Bu, İran məsələsində məşğul olduğumuz prosesin daha kiçik variantıdır. Bu, çətin olmamalıdır. Biz “Hizbullah” ilə kiçik bir söhbət aparmalıyıq”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə təfərrüatlar açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ, İran və Pakistanın vasitəçiliyi ilə Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş razılaşmanın əldə olunduğu bildirilmişdi. Sənədin 2026-cı il iyunun 19-u Cenevrədə imzalanacağı gözlənilir.

Məlumata görə, tərəflər İranın nüvə proqramını və hərbi əməliyyatların dayandırılması məsələsini, o cümlədən Livandakı vəziyyəti də müzakirə etməyi planlaşdırırlar.

Bununla yanaşı, İsrail rəsmiləri Cənubi Livandan qüvvələrin çıxarılmasının ABŞ ilə İran arasında əldə olunan razılaşmanın şərtlərinə daxil olmadığını bildirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hizbullah   ABŞ  


Bizi "telegram"da izləyin