ABŞ-ın Ukraynadakı səfirliyinin attaşesinin meyiti Kiyev Hilton hotelində tapılıb

2024/06/1719291935.jpg
Oxunub: 267     16:28     26 İyun 2024    
ABŞ-ın Ukraynadakı səfirliyinin attaşesinin meyiti Kiyev Hilton hotelində tapılıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, həmin şəxs Ukraynaya iyunun 15-də gəlib. ABŞ səfirliyinin təqdim etdiyi tibbi sənədlərə görə, o, yüksək xolesteroldan əziyyət çəkirmiş. Digər təfərrüatlar verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin