KİV: Samvel Şahramanyan həbs olunacaqmı?

2024/06/timth-1719383820.jpg
Oxunub: 431     15:15     26 İyun 2024    
“Siyasi dairələr bildirirlər ki, Samvel Şahramanyan (ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı”-red.) hətta yaxın gələcəkdə həbs oluna bilər, çünki ona qarşı “avtomobil şousu”nun məqsədi təkcə onu ram etmək və Qarabağdan Ermənistana köç etmiş şəxsləri küçələrdən uzaqlaşdırmaq deyil, həm də İlham Əliyevin növbəti tələbini yerinə yetirməkdir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Xatırladaq ki, iyunun 21-də İstintaq Komitəsi xüsusi təyinatlılarla birlikdə “Qarabağ nümayəndəliyi”nin darvazalarını sındıraraq, Şahramanyanın avtomobilini müsadirə edib. Bir həftə əvvəl o, Qarabağdan Ermənistana köç etmiş şəxslərin hərəkatda iştirak etmək hüququna malik olduğunu elan edib. Baqrat Srbazanla görüşdən sonra da “Xankəndi, Əsgəran və Ağdərə icma rəhbərləri” saxta sənədlər hazırlamaq və icma əmlakını oğurlamaqla bağlı saxta ittihamlarla həbs ediliblər. İlham Əliyev isə demək olar ki, birbaşa şəkildə Ermənistan hökumətinin revanşistləri cilovlayacağına əminliyini ifadə edib: “Onların (Şəhidlər – Qeyd) qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Şahramanyan   Həbs  


Bizi "telegram"da izləyin