Erməni deputat: “Zvartnots”dakı MTX keçid məntəqəsinin görüntüləri necə “Haykakan Jamanak”ın “Telegram” kanalına düşüb?”

2026/06/1781518342.jpg
Oxunub: 140     14:09     15 İyun 2026    
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyana deputat sorğusu göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Manukyan sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, sorğunun məqsədi xüsusi nəzarət altında olan ərazidə, yəni “Zvartnots” hava limanında Ermənistan MTX Sərhəd Qoşunlarının nəzarət-buraxılış məntəqəsində yerləşən müşahidə kamerasının görüntülərinin hanı şəkildə Baş nazir Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin Telegram kanalında yayımlandığını aydınlaşdırmaqdır.

Manukyan qeyd edib ki, onun sualları böyük ehtimalla ritorik xarakter daşıyır.

“Çünki Ermənistanın hüquq-mühafizə sistemi çoxdan Nikolun hakimiyyətinə və şəxsi istəklərinə xidmət edən qanunsuz fəaliyyət göstərən quruma çevrilib”, - deyə o vurğulayıb.

Erməni deputat xatırladıb ki, bu məzmunlu sorğunu ilk dəfə göndərmir.

Onun sözlərinə görə, o, dəfələrlə parlamentdə siyasi məqsədlərlə qorunan ərazilərdən, yəni Ermənistan parlamentindən və “Zvartnots” hava limanından əldə olunan videoların hakimiyyətin təbliğat maşınının əlinə keçdiyini gündəmə gətirib.

“Seçkilərdən əvvəlki günlərdə sərhəd-keçid məntəqələrində Hərbi Polis qeydiyyatları əsasında minlərlə Ermənistan vətəndaşının ölkədən çıxışına qadağa qoyulduğuna dair çoxsaylı müraciətlər almışam. Bu, qanunun kobud şəkildə pozulmasıdır və ağır cinayət-hüquqi nəticələr doğura bilər”, - deyə Manukyan bildirib.

Xatırladaq ki, iyunun 14-də “Haykakan Jamanak” Ermənistanın ikinci prezidenti Robert Köçəryanın “Zvartnots” hava limanında olduğu görüntü və videoları yayımlamışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin