Mariam Kvrişvili: "Gürcüstan və Serbiya arasında azad ticarət sazişinin imzalanması ilə bağlı fəal danışıqlar aparılır"

2026/06/1781523178.jpg
Oxunub: 152     15:28     15 İyun 2026    
Aleksandar Vuçiçin səfəri Gürcüstan və Serbiya arasında ticarət-iqtisadi əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və bu, Serbiya Prezidentinin Gürcüstana ilk rəsmi səfəri kimi tarixə düşəcək.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Aleksandar Vuçiçi və onun həyat yoldaşını Tbilisi Aeroportunda qarşılayan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili

Onun sözlərinə görə, hazırda Gürcüstan və Serbiya arasında azad ticarət sazişinin imzalanması ilə bağlı fəal danışıqlar aparılır.

"Hazırda Serbiya ilə azad ticarət sazişinin imzalanması istiqamətində danışıqlar aparılır və bu prosesdə əldə olunan irəliləyiş xüsusi qeyd olunmalıdır", – deyə M.Kvrivişvili vurğulayıb.

Nazirin sözlərinə görə, sözügedən saziş iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, Gürcüstandan ixracın genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.

"İnanırıq ki, yaxın gələcəkdə bu sazişin imzalanması üçün presedent yaradılacaq. Bu, Gürcüstan və Serbiya arasında ticarət-iqtisadi münasibətlərin inkişafına, ölkəmizin ixrac potensialının artmasına və iqtisadiyyatın daha da güclənməsinə xidmət edəcək", – nazir əlavə edib.

Qeyd edək ki, Aleksandar Vuçiçin iyunun 15-də başlayan səfəri ayın 17-ə kimi davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kvrişvili   Gürcüstan   Serbiya  


Bizi "telegram"da izləyin