Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, iyunun 19-da sazişin rəsmi imzalanmasından sonra Hörmüz boğazı yenidən gəmiçilik üçün açılmalıdır.
Qəzet qeyd edir ki, dünyanın ən mühüm ticarət marşrutlarından birində hərəkətin bərpası neft tədarükünə və qlobal iqtisadiyyatın vəziyyətinə ciddi təsir göstərə bilər.
“The Wall Street Journal” vurğulayır ki, razılaşmanın gələcək taleyi üçün İran ətrafındakı ABŞ dəniz blokadasının aradan qaldırılması və İsrail ətrafında formalaşan vəziyyət həlledici amillər olacaq.
Nəşrin qiymətləndirməsinə görə, məhz bu məsələlər əvvəllər danışıqlar prosesini çətinləşdirirdi.
Qəzet yazır ki, son aylarda baş verən çoxsaylı çətinliklərə və uğursuzluqlara baxmayaraq, Vaşinqton və Tehranın son açıqlamaları tərəflər arasında gərginliyin əhəmiyyətli dərəcədə azaldığını göstərir.
Sevinc Əliyeva
Ordu.az