Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfəri çərçivəsində iyunun 15-də Parisdə keçirilən “Eurosatory 2026” beynəlxalq sərgisinin rəsmi açılış mərasimində iştirak edib.
Ordu.az xəbər verir ki, Papikyan sosial şəbəkə hesablarında sərginin açılışından görüntülər paylaşıb.
“Eurosatory” dünyanın ən iri müdafiə və təhlükəsizlik sərgilərindən biri hesab olunur. Tədbirdə müxtəlif ölkələrin müdafiə qurumları, hərbi sənaye şirkətləri və təhlükəsizlik sahəsinin nümayəndələri iştirak edirlər.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Papikyan