Almaniya səfiri: "Azərbaycanla münasibətlər praqmatik və sabit olaraq qalır"

2026/06/Ekran-1781523223.jpg
Oxunub: 154     15:30     15 İyun 2026    
Azərbaycan və Almaniya arasında münasibətlər həmişə praqmatik xarakter daşıyıb, sabit qalıb və ardıcıl olaraq inkişaf edib.

Ordu.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann azərbaycanlı jurnalistlərlə vida görüşündə bildirib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin tarixi ilk alman köçkünlərinin Azərbaycana gəldiyi XIX əsrə gedib çıxır.

Səfir xatırladıb ki, ötən il Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilk dəfə Azərbaycana səfər edib, Azərbaycan Prezidenti İlham Əliyev isə səfirin Bakıda işlədiyi müddət ərzində bir neçə dəfə Almaniyada səfərdə olub.

Horlemann qeyd edib ki, kansler Fridrix Mertsin rəhbərlik etdiyi Almaniya hökuməti xarici siyasətin üç əsas prioritetini müəyyənləşdirib - təhlükəsizlik, rifah və azadlıq. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq da bu istiqamətlərə uyğun olaraq inkişaf edir.

"Məhz bu üç istiqamət ətrafında biz Azərbaycanla dialoq, əməkdaşlıq və münasibətlər qurur, onları müxtəlif formatlarda müzakirə edirik. Hər il siyasi məsləhətləşmələr keçirilir", - o bildirib.

Səfir qeyd edib ki, iqtisadi sahədə ticarət münasibətlərinin tədricən də olsa, sabit inkişafı müşahidə olunur. Onun sözlərinə görə, ötən il ikitərəfli ticarətin həcmi təqribən 1,7 milyard avro təşkil edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin