“Leonardo” İtaliya ordusuna əlavə helikopterlər tədarük edə bilər

2026/06/Ekran-1781523919.jpg
Oxunub: 184     15:43     15 İyun 2026    
İtaliyanın “Leonardo” şirkəti ölkə ordusunun AW249 hücum helikopterləri parkını genişləndirmək üçün İtaliya Müdafiə Nazirliyi ilə irəliləmiş səviyyədə danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə şirkət rəsmiləri iyunun 11-də açıqlama veriblər.

Məlumata görə, AW249 yalnız hücum helikopteri kimi deyil, həm də insanlı və insansız platformaların birgə fəaliyyət göstərdiyi şəbəkədə komanda-idarəetmə qovşağı kimi nəzərdə tutulub.

“Leonardo”nun Hərbi Xüsusi Platformalar üzrə marketinq direktoru Roberto Pretolaninin sözlərinə görə, şirkət 2029-cu ilədək İtaliya Quru Qoşunlarına 17 ədəd AW249 istehsal edib təhvil verməyi planlaşdırır.

Hazırda 19 helikopter üçün müqavilə imzalanıb və ümumilikdə 48 helikopterlik ehtiyacın tərkib hissəsi olaraq əlavə 14 helikopter üçün danışıqlar davam edir. AW249 köhnəlmiş AW129 helikopterlərinin əvəzlənməsi üçün hazırlanıb və hazırda sertifikatlaşdırmanın son mərhələsindədir.

Şirkət artıq seriyalı istehsala erkən mərhələdə başlayıb. Pretolani bildirib ki, “Leonardo” 2015-ci ildən insanlı və insansız platformaların birgə fəaliyyəti üzrə sınaqlar keçirir.

İtaliya ötən il ABŞ-nin “AeroVironment” şirkətindən “Jump 20” pilotsuz uçuş aparatlarının alınması üçün 46,6 milyon dollarlıq müqavilə bağlayıb. Şirkət nümayəndəsinin sözlərinə görə, AW249 artıq “Jump 20” ilə inteqrasiya mərhələsinə keçib.

O əlavə edib ki, sistem bir neçə müxtəlif pilotsuz uçuş aparatı ilə işləyə biləcək şəkildə hazırlanıb.

Berlin Aviasiya Sərgisində nümayiş etdirilən AW249 helikopteri MBDA istehsalı “Brimstone”, “Akeron LP” və İtaliya ordusu üçün hazırlanan “Fulgur” raketləri ilə təchiz oluna biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   İtaliya  


Bizi "telegram"da izləyin