Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, investorların nikbin əhval-ruhiyyəsi və neft qiymətlərinin aşağı düşməsi fonunda dolların dəyəri azalır.
Agentlik qeyd edir ki, neft qiymətlərinin ucuzlaşması inflyasiya təzyiqini zəiflədir və bu da Amerika valyutasının dinamikasına təsir göstərir.
Bununla belə, “Bloomberg” dolların ucuzlaşmasının uzunmüddətli olmaya biləcəyini vurğulayır.
Nəşrin məlumatına görə, ABŞ iqtisadiyyatının dayanıqlı göstəriciləri, məşğulluq səviyyəsinə dair müsbət statistik məlumatlar və ABŞ Federal Ehtiyat Sisteminin 2026-cı ildə faiz dərəcələrini artıracağına dair gözləntilər dolları dəstəkləyən əsas amillər olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az