Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
O bildirib ki, Rusiya Ermənistan üzərində təzyiqləri artırmaqda davam edir və ölkəni xalqın son seçkilərdə etdiyi demokratik seçimdən çəkindirməyə çalışır.
“Xarici İşlər Şurasının sabahkı iclası ərəfəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. İclas zamanı üzv dövlətlərlə birlikdə Ermənistana gələcək dəstəyin göstərilməsi və həmrəyliyimizin ifadə olunması məsələlərini müzakirə edəcəyik.
Biz maliyyə yardımı göstərəcək və Ermənistanın qonşu ölkələr, eləcə də Avropa ilə ticarət əlaqələrinin asanlaşdırılmasına dəstək verəcəyik.
İyulun 5-də bu istiqamətdə konkret addımların irəlilədilməsi məqsədilə İrəvana səfər edəcəyəm”, - deyə Marta Kos bildirib.
Alpər Mövludoğlu
Ordu.az