“Rusiya üçün Ermənistanla mehriban qonşuluq münasibətlərinin qorunması vacibdir” - Narışkin

2026/06/1781526951.jpg
Oxunub: 207     16:31     15 İyun 2026    
“Moskva İrəvanla mehriban qonşuluq münasibətlərini qoruyub saxlamağa və əməkdaşlığı inkişaf etdirməyə ümid edir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS agentliyinə müsahibəsində bildirib.

“Bizim üçün, Rusiya üçün vacibdir ki, iki ölkə arasında yaxşı münasibətlər qorunub saxlanılsın, əməkdaşlıq inkişaf etdirilsin və iqtisadi, humanitar, hərbi və hərbi-texniki sahələr də daxil olmaqla bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyət genişləndirilsin”, - deyə Narışkin qeyd edib.

O, həmçinin qeyd edib: “Biz gözləyirik ki, məhz belə də olacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Narışkin  


Bizi "telegram"da izləyin