Litvanın Azərbaycandakı səfirliyində üç həftə konsulluq xidməti məhdudlaşdıracaq

2026/06/1781525571.jpg
Oxunub: 180     16:03     15 İyun 2026    
Litvanın Azərbaycandakı səfirliyi 2026-cı il iyulun 18-dən avqustun 9-dək konsulluq funksiyalarının icrasını müvəqqəti dayandıracaq.

Ordu.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkələrdəki məlumatında qeyd olunub.

Məlumata görə, qeyd olunan dövrdə səfirlikdə yalnız təcili konsulluq yardımı göstəriləcək.

Vətəndaşlara bütün əlavə suallarla bağlı [email protected] elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Azərbaycan  


Bizi "telegram"da izləyin