Fidan Rusiyaya səfəri zamanı Putinlə görüşmək istəyir

2026/05/1778611677.jpg
Oxunub: 179     16:17     15 İyun 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidanın iyunun 16-17-də Rusiyaya planlaşdırılan səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti” agentliyinə məlumat verib.

“Xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə iyunun 16-17-də Rusiya Federasiyasına səfər edəcək. Moskvada nazir Hakan Fidanın Rusiya Prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və digər yüksəkvəzifəli rəsmilərlə görüşləri planlaşdırılır”, - deyə mənbə bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Rusiya  


Bizi "telegram"da izləyin