“İrəvan “Qərbin yardımı”na yönəlsə, səhv etmiş olacaq” - Narışkin

2026/06/1781526999.jpg
Oxunub: 212     16:33     15 İyun 2026    
“Ermənistan rəhbərliyi yalnız “Qərbin hansısa yardımı və dəstəyi”nə arxalansa, bu, ölkədaxili vəziyyətin mürəkkəbləşməsinə səbəb olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS agentliyinə açıqlamasında bildirib.

“Əgər Ermənistan rəhbərliyi ümidini yalnız Qərbin hansısa yardım və ya dəstəyinə bağlasa, şübhəsiz ki, səhv etmiş olacaq. Bu halda ölkə daxilində vəziyyət daha da mürəkkəbləşəcək. Təbii ki, ölkənin iqtisadi inkişaf yolunda da əlavə maneələr və çətinliklər yaranacaq. Bununla belə, ümid edirəm ki, Ermənistan rəhbərliyi düşünülmüş şəkildə hərəkət edəcək”, - deyə Narışkin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Narışkin   İrəvan   Ermənistan  


Bizi "telegram"da izləyin