Krasnodar vilayətində dəniz terminalına PUA hücumu edilib

2026/06/1781333972.jpg
Oxunub: 368     10:57     13 İyun 2026    
Rusiyanın Krasnodar vilayətində yerləşən dəniz terminalına pilotsuz uçuş aparatı hücumu həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, hücumdan sonra Temryuk rayonunda yerləşən terminalın ərazisində yanğın baş verib.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb.

Onun sözlərinə görə, yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 96 əməkdaşı və 30-dan çox texnika cəlb olunub.

Hadisə ilə bağlı əlavə araşdırmalar davam etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Krasnodar   PUA  


Bizi "telegram"da izləyin