Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi teleqram kanalında məlumat yayıb.
Məlumata görə, İran və Omanın əməkdaşlığı çərçivəsində Fars körfəzi sularında gəmiçiliyin hüquqi sisteminin tənzimlənməsi barədə qərar qəbul olunub.
Agentlik həmçinin bildirib ki, İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun mətni hazırda yekunlaşdırılıb.
Qeyd olunur ki, sənədin rəsmi imzalanması cümə günü İsveçrədə baş tutacaq.
Sevinc Əliyeva
Ordu.az