Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Qərargahın bəyanatında bildirilib ki, İran xalqının iradəsi düşmənlərə qəbul etdirilib.
Hərbçilər silahlı qüvvələrin “sarsılmaz qətiyyətini” yüksək qiymətləndirərək qeyd ediblər ki, İran xalqının polad iradəsi istənilən təcavüzə qarşı keçilməz sipərdir və qələbəyə aparan yeganə yoldur.
“Uca Allahın mərhəməti və İslam İnqilabının liderinin rəhbərliyi ilə İran xalqı və onun döyüşçüləri sübut etdilər ki, ABŞ və “sionist düşmənlər” məğlubiyyəti qəbul etməkdən başqa seçimə malik deyillər”, - deyə bəyanatda vurğulanıb.
Bu açıqlama İran Xarici İşlər Nazirliyinin İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun hazırlanmasının başa çatdığını elan etməsindən sonra səsləndirilib.
Bildirilib ki, memorandum cümə günü İsveçrədə rəsmi olaraq imzalanacaq.
İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi daha əvvəl təsdiqləmişdi ki, memorandumun mətni tam razılaşdırılıb.
Onun sözlərinə görə, sənədə əsasən müxtəlif cəbhələrdə, o cümlədən Livanda müharibə və hərbi əməliyyatlar dərhal və birdəfəlik dayandırılır, həmçinin İran əleyhinə ABŞ-nin dəniz blokadası ləğv edilir.
Sevinc Əliyeva
Ordu.az