“ABŞ region gəlirlərinin 20 faizi müqabilində Yaxın Şərqin qoruyucusu olmağa hazırdır” - Tramp

2026/05/1778482583.jpg
Oxunub: 198     14:14     15 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğa düçar olacağı təqdirdə Vaşinqtonun iki mümkün variantı nəzərdən keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.

ABŞ Prezidenti bildirib ki, İranla yekun razılıq əldə olunmasa, ya hərbi hücumlar yenidən başlanacaq, ya da ABŞ region gəlirlərinin müəyyən hissəsi müqabilində “Yaxın Şərqin qoruyucusu” rolunu üzərinə götürəcək.

“Əgər İran ABŞ ilə yekun razılığa gələ bilməsə, mən ya hərbi hücumları bərpa edəcəyəm, ya da regionun gəlirlərinin 20 faizi müqabilində ABŞ-ni Yaxın Şərqin qoruyucusuna çevirəcəyəm”, - deyə Tramp bildirib.

Qəzet qeyd edir ki, Ağ Evin köməkçiləri İranın nüvə proqramı ilə bağlı danışıqların yeni mərhələsinin cümə günü İsveçrədə başlayacağını gözləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin