Səfirlik: Şuşa Bəyannaməsi ilə Azərbaycanla əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik

2026/06/1781502480.jpg
Oxunub: 248     09:37     15 İyun 2026    
Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili münasibətilə paylaşım edib.

Ordu.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında bildirilib.

"Azərbaycanla müstəsna qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz beş il əvvəl bu gün hörmətli Prezidentimiz və Prezident İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə yeni və tarixi mərhələyə qədəm qoyub. Şuşa Bəyannaməsinin müəyyən etdiyi hədəflər və ortaq gələcək baxışı əsasında, can Azərbaycanla əməkdaşlığımızı bütün sahələrdə daha da gücləndirərək inkişaf etdirməyə qətiyyətlə davam edəcəyik", - deyə paylaşımda qeyd edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Şuşa-Bəyannaməsi  


Bizi "telegram"da izləyin