Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Amerikalı məlumatlı rəsmi bildirib ki, bu xəbərlər həqiqəti əks etdirmir.
“Bu tamamilə həqiqətə uyğun deyil. Bu elə bir razılaşmadır ki, ödəniş yalnız öhdəliklər yerinə yetirildikdən sonra həyata keçirilir və İran tərəfi öz üzərinə götürdüyü addımları yerinə yetirməyənədək heç bir dondurulmuş vəsait azad edilməyəcək”, - deyə rəsmi vurğulayıb.
Eyni zamanda “Financial Times” qəzeti öz mənbələrinə istinadən yazır ki, İrana qarşı sanksiyaların hər hansı yumşaldılması, o cümlədən aktivlərin dondurulmuş statusdan çıxarılması Tehranın nüvə proqramı ilə bağlı göstərəcəyi irəliləyişdən asılı olacaq.
Bununla belə, nəşrin həmsöhbətləri bildiriblər ki, 60 günlük atəşkəs müddətinin uzadılması dövründə ABŞ İrana neft satışına icazə verəcək.
Bundan əvvəl İranın Mehr agentliyi yazmışdı ki, memorandum layihəsinə əsasən yekun danışıqların 60 günlük mərhələsində 24 milyard dollar həcmində İran aktivinin dondurulmuş statusdan çıxarılması nəzərdə tutulur.
Hətta həmin vəsaitin yarısının danışıqlar başlamazdan əvvəl İrana verilməsi planlaşdırıldığı iddia olunurdu.
Sevinc Əliyeva
Ordu.az