Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri rəsmi açıq mənbələrdə dərc olunan məlumatlara istinadən yazıb.
Nəşrə görə, avtomobil ehtiyat hissələrinin alınması üçün ümumilikdə 5 müqavilə bağlanıb. Müqavilələr “Fərdi sahibkar Muşeq Saruxan Brutyan”, “Artem Baldryan” fərdi sahibkarlığı, “Fərdi sahibkar Tiqran Mamikonyan” və MODAP MMC ilə imzalanıb.
Nəşr qeyd edir ki, müqavilələr elektron hərrac yolu ilə bağlanıb.
Bildirilir ki, alınan avtomobil ehtiyat hissələrinin əsas hissəsi Çin, Rusiya, Almaniya və Türkiyə istehsalıdır.
Müqavilələrdə ehtiyat hissələrinin istifadə olunmamış, yəni yeni vəziyyətdə olması tələbi də öz əksini tapıb.
Vurğulanır ki, alınan məhsulların çeşidi kifayət qədər genişdir.
“Bunlara relelər, diyirlənmə yastıqları, dizel mühərrikli “Sadko-33081” avtomobili üçün ehtiyat hissələri, su nasosları, halogen lampalar, şüşəsilən fırçaları və digər məhsullar daxildir”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az