CNN: Netanyahu Trampla təcili görüş təşkil etmək istəyir

2026/06/1781018940.jpg
Oxunub: 252     10:17     15 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın G7 sammitindən qayıdışından dərhal sonra onunla təcili görüş keçirməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu Trampın Avropada keçirilən G7 sammitindən qayıtmasından sonra, qarşıdakı həftəsonunda və ya qısa müddət sonra görüş təşkil etməyə çalışır.

Bildirilir ki, görüş zamanı Netanyahu Trampa İranla mümkün razılaşma ətrafında aparılan danışıqlarla bağlı İsrailin mövqeyini təqdim etmək niyyətindədir.

Xatırladaq ki, iyunun 14-də Tramp Netanyahunu “çətin insan” adlandırmış və ABŞ ilə İran arasında əldə olunmaq üzrə olan yekun razılaşmanı təhlükə altına salan hücumlara görə onu sərt tənqid etmişdi.

ABŞ Prezidenti həmçinin bəyan etmişdi ki, əgər İran nüvə silahına malik olsaydı, İsrail iki saat belə tab gətirə bilməzdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin