Medvedev: “Tsarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı təqdimat müxalifətə qarşı repressiyaların yeni mərhələsidir”

2026/06/1782645377.jpg
Oxunub: 255     14:54     28 İyun 2026    
Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev Ermənistan prokurorluğunun parlament deputatlığına namizəd, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı təqdimatını müxalifətə qarşı yeni repressiya dalğası kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə “Ura.ru” məlumat yayıb.

“Biz bu addımı hakimiyyət üçün arzuolunmaz olan müxalifət nümayəndələrinə qarşı repressiyaların yeni mərhələsi kimi qiymətləndiririk”, - deyə Medvedev bildirib.

Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilər zamanı inzibati resurslardan fəal istifadə olunub və müxtəlif təzyiq halları baş verib ki, bu da hakimiyyətin demokratiyanın qorunması ilə bağlı bəyanatları ilə uzlaşmır.

Medvedev həmçinin qeyd edib ki, Qərbin Ermənistandakı seçki kampaniyasına müdaxiləsi misli görünməmiş səviyyədə olub.

“Bütün bunlar Qərb ölkələrinin tam susqunluğu fonunda baş verir... Onlar özlərinin sevimli neokolonial təcrübələrinə uyğun olaraq Ermənistanın dövlət aparatını sözün əsl mənasında əl ilə idarəetmə rejiminə keçiriblər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Ermənistan  


Bizi "telegram"da izləyin