Səudiyyə Ərəbistanında helikopter qəzası nəticəsində 14 nəfər həlak olub

2025/11/1764485453.jpg
Oxunub: 211     16:13     28 İyun 2026    
Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

Ordu.az-ın məlumatına görə, bu barədə "Saudi Press Agency" (SPA) agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qəzanın səbəbi məlum deyil, istintaq aparılır.

Əş-Şərqiyyə əyalətində yerləşən Ras Tanurada "Saudi Aramco" tərəfindən idarə olunan Yaxın Şərqin ən böyük neft emalı zavodu yerləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin