Qarabağ separatçıları Ukrayna cəbhəsində: Rusiya dövlət televiziyasının ifşa etdiyi fakt (VİDEO)

2026/06/1782583418.jpg
Oxunub: 325     21:10     27 İyun 2026    
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Qarabağdan qaçmış separatçıların da döyüşlərə cəlb edildiyi iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşım edib.


Politoloqun sözlərinə görə, Rusiya əvvəllər də Rusiyada yaşayan ermənilərdən və Ermənistandan gələn şəxslərdən silahlı dəstələr formalaşdıraraq Ukrayna cəbhəsinə göndərib. Lakin bu dəfə fərqli vəziyyət yaranıb.

Elxan Şahinoğlu bildirib ki, Rusiya Qarabağdan qaçmış erməni separatçılarından silahlı qruplar yaradaraq onları Ukraynaya qarşı döyüşlərə göndərib və bu faktı gizlətmədən dövlət televiziya kanalının efirində nümayiş etdirib.

Politoloq qeyd edib ki, həmin görüntüləri Ukraynadakı tanışlarına, o cümlədən diplomatlara göndərib.

“Ukraynaya dəstək verən beynəlxalq aləm, Qərb ölkələrinin rəsmiləri və diplomatları işğalçı qoşunların tərkibində Qarabağ separatçılarının da döyüşdüyünü bilməli və bundan gərəkli nəticə çıxarmalıdırlar”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Politoloqun fikrincə, əgər bu fakt beynəlxalq səviyyədə təsdiqlənərsə, bu, Qarabağ separatçılarının fəaliyyətinin təkcə Azərbaycana qarşı deyil, həm də Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarında istifadə olunduğunu göstərən ciddi siyasi və hüquqi fakt kimi qiymətləndirilə bilər.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin