Vens: "ABŞ zorakılığa zorakılıqla cavab verəcək"

2026/05/1779895148.jpg
Oxunub: 231     03:09     27 İyun 2026    
ABŞ vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Vens "X" sosial şəbəkə hesabında yazıb.

"İran atəşkəs müqaviləsi imzalayıb. Biz ona əməl edirik, amma anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları olarsa, zəng edə bilərlər. Lakin ABŞ zorakılığa zorakılıqla cavab verəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ  


Bizi "telegram"da izləyin