Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qriqoryanın sözlərinə görə, Üçmüədzində bələdiyyə binasının qarşısında yerləşən “Kilsələr parkı”ndan erməni kilsələri və monastırlarının maketləri sökülərək aparılıb.
O bildirib ki, maketlərin kim tərəfindən və hansı səbəbdən söküldüyü məlum deyil.
Qriqoryan həmçinin həmin maketlərin yenidən əvvəlki yerlərinə qaytarılmasının nəzərdə tutulub-tutulmadığı ilə bağlı sual ünvanlayıb.
Alpər Mövludoğlu
Ordu.az