Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi bildirib.
IMO-nun məlumatına görə, həyata keçirilməsi bir neçə ay çəkən təşəbbüs Fars körfəzində qalmış, göyərtəsində təxminən 11 000 dənizçi olan yüzlərlə gəminin Hörmüz boğazından keçməsinə imkan verəcək.
"Gəmilər artıq bu marşrutla keçməyə başlayıb", - çərşənbə günü təşkilatın nümayəndəsi bildirib.
LSEG gəmi izləmə sisteminin məlumatlarına görə, son 12 saat ərzində Hörmüz boğazından azı üç yük gəmisi keçib.
Qeyd olunub ki, ABŞ və İran atəşkəs razılaşması əldə etdikdən sonra gəmilər limandan çıxmaq üçün iki müvəqqəti marşrutdan istifadə edə bilər: "İran sularından keçən şimal marşrutu və Oman ilə ABŞ-nin nəzarətindəki sulardan keçən cənub marşrutu.
"Təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması və ya hərbi dəniz qüvvələri ilə münaqişə vəziyyətlərinin qarşısının alınması məqsədilə gəmilərin hərəkəti istənilən an dayandırıla bilər".
Ordu.az