İran ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

2026/06/1782315247.jpg
Oxunub: 254     19:25     24 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub və tərəflər ABŞ ilə danışıqlar prosesini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə A. Əraqçi "Telegram" kanalında məlumat yayıb.

İranın xarici işlər naziri həmkarını danışıqlar prosesindəki son vəziyyət, əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlər və bu çərçivədə aparılan məsləhətləşmələr barədə məlumatlandırıb.

Tərəflər həmçinin regional və beynəlxalq gündəmdəki son hadisələri müzakirə ediblər. Regional sabitliyin dəstəklənməsi, danışıqlar prosesinin irəliləməsi və müsbət, davamlı nəticələrin əldə olunması məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətinə toxunublar.

Bundan başqa, diplomatik kanalların açıq saxlanılmasının və birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin