Ermənistanda 44 günlük müharibə iştirakçısının portreti silinib

2026/06/1782318155.jpg
Oxunub: 225     20:19     24 İyun 2026    
44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Haykaz Mkrtçyanın bacısı Arevik Mkrtçyan qardaşının portretinin silindiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Arevik Mkrtçyanın sözlərinə görə, qardaşının portreti Ermənistan Dövlət İqtisad Universitetinin yeraltı keçidindəki divardan silinib.

O, paylaşımında bu addımı sərt tənqid edib və bunu qəbuledilməz hesab etdiyini bildirib.

“Qardaşımın portretini Ermənistan Dövlət İqtisad Universitetinin yeraltı keçidinin divarından siliblər.

Nə qədər acizsiniz ki, mübarizənizi ölmüş gənclərin şəkillərinə qarşı aparırsınız.

İndi də həyatdan məhrum etdiyiniz insanların şəkillərindən qorxursunuz. Onlar artıq fiziki olaraq burada olmasalar da, ömrünüzün sonuna qədər vicdanınız qarşısında dayanacaqlar.

Sizin necə xatırlanacağınızı isə məndən daha yaxşı özünüz bilirsiniz”, - deyə paylaşımda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mkrtçyan   Portret  


Bizi "telegram"da izləyin