Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq imkanları dəyərləndirilib - FOTOLAR

2026/06/1782311005.jpg
Oxunub: 223     18:15     24 İyun 2026    
Energetika naziri Pərviz Şahbazovla İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə Ordu.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə dostluğa və yüksək siyasi dialoqa əsaslanan Azərbaycan-İordaniya münasibətlərinin enerji əməkdaşlığının inkişafı üçün zəmin yaratdığı vurğulanıb. Hər iki ölkənin enerji istehsalı-ixracı və təminatı ilə bağlı vəziyyəti nəzərdən keçirilib.

Neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları dəyərləndirilib.

Azərbaycan və İordaniyanın müvafiq nazirlikləri arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə İşçi qrupunun yaradılmasının vacibliyi qeyd olunub.

Görüş zamanı qlobal enerji bazarlarında vəziyyətə dair fikir mübadiləsi də aparılıb.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İordaniya  


Bizi "telegram"da izləyin