“TMI Technology”nin yaş boya prosesi ASELSAN tərəfindən təsdiqlənib

2026/06/1782309432.jpg
Oxunub: 222     17:53     24 İyun 2026    
“TMI Tech Group” müdafiə sənayesi üçün istehsal imkanlarını gücləndirən mühüm keyfiyyət təsdiqi prosesini uğurla başa çatdırıb.

Ordu.az xəbər verir ki, şirkətin müdafiə sənayesi layihələrində istifadə olunan yaş boya prosesi ASELSAN-ın AGS Təchizat Keyfiyyəti Bölməsi tərəfindən aparılan qiymətləndirmə nəticəsində rəsmi təsdiq alıb.

Şirkətin yaydığı məlumata görə, bu təsdiq son dövrlərdə həyata keçirilən infrastruktur investisiyalarının, proseslərin təkmilləşdirilməsi işlərinin və keyfiyyət yönümlü istehsal yanaşmasının nəticəsi kimi qiymətləndirilir.

Qeyd olunub ki, xüsusilə müdafiə sənayesinə yönəlmiş istehsal infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən investisiyalar bu uğurun əldə olunmasında mühüm rol oynayıb.

“TMI Technology” sosial şəbəkə hesabında yayımladığı açıqlamada bildirib:

“Bu gün müdafiə sənayesi layihələrimiz üçün kritik əhəmiyyət daşıyan yaş boya prosesimizlə bağlı daha bir mühüm mərhələni geridə qoyduq. ASELSAN AGS Təchizat Keyfiyyəti Bölməsi tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində yaş boya prosesimiz uğurla təsdiqlənib.

Bu uğur infrastruktur investisiyalarımızın, proseslərin inkişafı istiqamətində gördüyümüz işlərin və keyfiyyətə yönəlmiş yanaşmamızın nəticəsidir. Xüsusilə baş direktor Hasan Aktanın vizyonu və dəstəyi ilə reallaşdırılan bu investisiya müdafiə sənayesi üçün istehsal imkanlarımızı daha da gücləndirib.

Prosesdə əməyi olan bütün əməkdaşlarımıza və qiymətləndirmə mərhələsində göstərdikləri dəstəyə görə ASELSAN AGS Təchizat Keyfiyyəti Bölməsinə təşəkkür edirik.

Keyfiyyət, etibarlılıq və davamlı inkişaf prinsiplərimizə sadiq qalaraq fəaliyyətimizi davam etdiririk”.

“TMI Technology” mühəndislik təcrübəsini ənənəvi istehsal bacarıqları və qabaqcıl texnologiyalarla birləşdirərək aviasiya, kosmik sənaye, tibb və avtomobil sektorları üçün yüksək dəqiqlikli istehsal həlləri təqdim edir.

Şirkət müdafiə sənayesi üçün yüksək əlavə dəyər yaradan istehsal imkanlarını genişləndirməyə davam etdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   TMI-Technology  


Bizi "telegram"da izləyin