Köçəryan: “Ermənistan hakimiyyəti hüquq-mühafizə sistemindən siyasi effekt yaratmaq üçün istifadə edir”

2026/06/1782308323.jpg
Oxunub: 206     17:35     24 İyun 2026    
“Ermənistan hakimiyyəti hüquq-mühafizə sistemindən müəyyən siyasi effekt və ictimai rəy formalaşdırmaq məqsədilə istifadə edir”.

Ordu.az xəbər verir ki, bunu erməni deputat Levon Köçəryan jurnalistlərə açıqlamasında deyib.

Köçəryan bildirib ki, bu gün saxlanılan “Hayakve” birliyinin koordinatoru Avetik Çalabyanın işi ilə bağlı təfərrüatları bilmir, lakin hakimiyyətin hüquq-mühafizə sistemindən necə istifadə etdiyini yaxşı tanıyır.

Onun sözlərinə görə, əvvəlcə səs-küylü bəyanat yayılır, sonra məsələ gündəmdə saxlanılır, lakin bir ay və ya bir il sonra iş “sabun köpüyü” kimi dağılır, buna baxmayaraq, siyasi effekt qalır.

“Bu cür çoxlu işlər olub, böyük hay-küylə başlayıb, sonradan isə istintaq və ya məhkəmə mərhələsində iflasa uğrayıb. Hakimiyyət bu üsulu davam etdirəcək, hər gün yeni həbslər və gizli dinləmələrə aid səs yazıları yayımlanacaq”, - deyə Köçəryan qeyd edib.

Onun fikrincə, məqsəd cəmiyyəti daimi gərginlik içində saxlamaq və aldatmaqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin