Oman Hörmüz boğazında gəmilər üçün ödənişsiz müvəqqəti dəhliz açıb

2026/06/1782221797.jpg
Oxunub: 225     17:32     24 İyun 2026    
Oman BMT-nin Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya çərçivəsində Hörmüz boğazında gəmilər üçün ödənişsiz müvəqqəti tranzit dəhlizi açıb.

Ordu.az xəbər verir ki, bu barədə sultanlığın Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya çərçivəsində Oman bütün gəmilərə müvəqqəti dəniz dəhlizindən istifadə imkanı yaradıb”, - deyə nazirliyin sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, bu addım ABŞ ilə İran arasında əldə olunan razılaşmalar çərçivəsində atılıb.

Yeni marşrutdan istifadə etmək istəyən gəmilər Beynəlxalq Dəniz Təşkilatı ilə əlaqə saxlamalı və təşkilatla Oman hakimiyyətinin müəyyən etdiyi koordinatlar üzrə hərəkət etməlidirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Oman  


Bizi "telegram"da izləyin