İlon Mask trilyoner statusunu itirib

2026/02/1770610098.jpg
Oxunub: 228     06:06     24 İyun 2026    
"SpaceX" şirkətinin qurucusu İlon Maskın sərvəti 1 trilyon dollardan aşağı düşərək 957 milyard dollar təşkil edib.

Ordu.az xəbər verir ki, bu, "Bloomberg" agentliyi tərəfindən dərc edilən və xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanan "Bloomberg Billionaires İndeksi"ndən irəli gəlir.

Son dəyişikliklər iş adamının sərvətinin 118 milyard dollar azalmasına səbəb olub.

12 iyunda Mask, "SpaceX" şirkətinin səhmləri ticarətə başladıqdan sonra dünyada sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub. Beləliklə, o, təxminən iki həftə ərzində trilyoner statusunu saxlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlon-Mask   SpaceX  


Bizi "telegram"da izləyin