Ordu.az xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Əməkdaşlığımız, İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim maliyyəsinə çıxışın yaxşılaşdırılmasını dəstəkləyən layihələrin ilk mərhələsinin işə salınması da daxil olmaqla, artıq praktiki nəticələr verir", - o yazıb.
M. Babayev bildirib ki, birgə fəaliyyətlərin növbəti mərhələsi üçün hazırlıqları, o cümlədən ədalətli enerji keçidi təşəbbüslərinə dəstəyi və SIDS-də (İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri) iqlim dəyişikliyindən təsirlənən mədəni irsin qorunmasına yönəlmiş yeni əməkdaşlıq sahəsi müzakirə edilib:
"Bu tərəfdaşlığın uğuruna əsaslanmağın, əlavə tərəfdaşlar və resurslar vasitəsilə onun təsirini genişləndirməyin və həssas ölkələr üçün praktiki nəticələr təmin etməyə davam etməyin vacibliyi barədə razılığa gəldik".
Ordu.az