CENTCOM İran ətrafında ABŞ ordusunun vəziyyətini açıqlayıb

2026/06/1780926038.jpg
Oxunub: 219     20:53     23 İyun 2026    
İki Amerika nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi - USS George HW Bush və USS Abraham Lincoln İranın cənub-şərqində Ərəb dənizində patrul xidmətini davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın açıqlamasında deyilir ki, Amerika qoşunları bölgədədir və sayıq xismət aparırlar.

Mərkəzi Komandanlıq əlavə edib ki, ABŞ qüvvələri Yaxın Şərq bölgəsində havada, quruda və dənizdə mövcudluğunu davam etdirir.

Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatına görə, Vaşinqton və Tehran arasında memorandum imzalanmasına baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin böyük bir qüvvəsi Ərəbistan dənizində qalır. Buraya iki təyyarədaşıyan gəmi, bir kreyser, 13 idarə olunan raket esminesi və dəniz ekspedisiya batalyonunu daşıyan dörd böyük amfibiya gəmisi daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   ABŞ   İran  


Bizi "telegram"da izləyin