Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tədbirdə Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan, ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen, Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinyi, Yunanıstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Sofianopulos, Kanzas Milli Qvardiyasının Birləşmiş Qərargah rəisi briqada generalı Ceyson Knobi, Avropada Quru Əməliyyatları Qərargahının rəisi polkovnik Pol Kurtiu, yüksək rütbəli hərbçilər, eləcə də Ermənistanda akkreditə olunmuş xarici hərbi attaşelər və nümayəndələr iştirak ediblər.
“Təlimə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadasının, Kanzas Milli Qvardiyasının, Fransa və Yunanıstan Silahlı Qüvvələrinin hərbi qulluqçuları cəlb olunublar. Qonaqlar təlimin praktiki mərhələsini izləyib, keçirilən məşqlərlə və sülhməramlı əməliyyatlara hazırlıq çərçivəsində iştirak edən bölmələrin fəaliyyəti ilə tanış olublar.
Daha sonra təlim rəhbərliyi müdafiə naziri Suren Papikyana və qonaqlara görülən işlər, tədris məqsədləri və əldə olunan nəticələr barədə məlumat verib. “Qartal Tərəfdaş-2026” təlimi çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda tələb olunan peşəkar bacarıqların təkmilləşdirilməsinə, bölmələr arasında qarşılıqlı fəaliyyətin artırılmasına, həmçinin müxtəlif situasiyalarda çevik və effektiv reaksiya vermək qabiliyyətinin inkişafına xüsusi diqqət yetirilib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az