“Brüssel və Ankara infrastruktur əməkdaşlığını genişləndirərək Cənubi Qafqaza çıxır” - Marta Kos

2026/06/1782235642.jpg
Oxunub: 219     21:20     23 İyun 2026    
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Türkiyənin Avropa ilə Yaxın Şərq və Asiya arasında əlaqələrin gücləndirilməsi və şaxələndirilməsi istiqamətində əsas tərəfdaş olduğunu bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Marta Kos qeyd edib ki, Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu ilə bağlantı məsələlərinə həsr olunmuş ilk ikitərəfli görüşünü keçirib.

Onun sözlərinə görə, tərəflər konkret layihələr üzrə işi fəallaşdırmaq barədə razılığa gəliblər. Bu layihələr arasında İstanbulu Bolqarıstan sərhədi ilə birləşdirən Halkalı-Kapıkule dəmir yolu xətti, həmçinin Avropa İnvestisiya Bankı ilə birlikdə İstanbul Şimal Dəmir Yolu Keçidi layihəsinə dəstək imkanlarının nəzərdən keçirilməsi yer alır.

Kos vurğulayıb ki, bu layihələr Avropa İttifaqı, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təchizat zəncirlərini yaxşılaşdırmalı, ticarət müddətini və xərclərini azaltmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marta-Kos   Brüssel   Ankara  


Bizi "telegram"da izləyin