Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.
Fars körfəzi ölkələrinə səfər edən Rubio bildirib ki, BƏƏ, Küveyt və Bəhreynə, eləcə də Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə keçirilən görüşlərin əsas məqsədi tərəfdaşların təhlükəsizlik və iqtisadiyyat məsələləri üzrə mövqelərini dinləməkdir.
“Biz bura danışmaqdan daha çox dinləmək üçün gəlmişik”, - deyə Rubio Əbu-Dabi hava limanında jurnalistlərə bildirib.
O qeyd edib ki, müttəfiqlər sülh ideyasını dəstəkləyirlər, lakin gələcək razılaşmaların detalları hələ də müzakirə olunur. Rubionun sözlərinə görə, son 72 saat ərzində yaxşı əsas formalaşsa da, görüləcək işlər çoxdur.
ABŞ dövlət katibi İranın bərpası üçün nəzərdə tutulan və həcmi təxminən 300 milyard dollar olan fonda müttəfiqlərin maliyyə iştirakını hələlik uzaq perspektivin məsələsi adlandırıb.
Rubio əlavə edib ki, regional ölkələrlə aparılan danışıqlarda İranın raket proqramı və onun silahlı qruplara dəstəyi mövzusu da qaldırılacaq.
O həmçinin vurğulayıb ki, Livanla bağlı danışıqlar İranla dialoqdan müstəqil şəkildə aparılır və Vaşinqton birbaşa Livan hökuməti ilə işləyəcək.
Bununla yanaşı, Rubio Livan məsələsində “İran amili”nin mövcudluğunu qəbul edib və bildirib ki, bu məsələ Tehranla daha geniş məsləhətləşmələr çərçivəsində müzakirə olunacaq.
Sevinc Əliyeva
Ordu.az